2020-ci il iyunun 11-də Xəzər Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), həmçinin, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşəbbüsü ilə “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirildi. Tədbirdə Xəzər Universitetini Həyat elmləri departamentinin müdiri dosent Asəf Ömərov, departamentin dosenti Cavid Ocaqi, ADAU-nun rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin “Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinqi” şöbəsinin müdiri Tofiq Rzayev, Meyvəçilik və Çayçılıq ETİ-nun direktor müavini Dr. Vahid Əliyev, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin “Bitkiçilik” şöbəsinin müdiri İlqar Həsənov, Astara Çay MMC və Beta şirkətinin nümayəndələri və digər mütəxəssislər çıxış etdilər. Konfransda Xəzər Universitetinin dosenti Cavid Ocaqi “Tea research in Azerbaijan” mövzusunda məruzə etdi.
Tədbirdə çayçılığa dövlət dəstəyinin prioritet istiqamətləri, dünyada və Azərbaycanda çayçılığın tarixi və inkişaf meylləri, çayçılıq sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqi və digər məsələlər ətrafında müzakirələr aparıldı.