2020-ci il mayın 15-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın təşkilatçılığı ilə klinik və ümumi psixologiya ixtisası üzrə magistratura təhsili alan tələbələr üçün mühazirə təşkil edildi.
Mühazirəçi Özəl Boylam Xəstəxanasının həkimi psixiatr Dr. Erkan Kuru idi. O, tələbələri istəksiz, qərarsız, maddə asılılığı olan pasiyentlərlə iş prosesində hazırda çox dəstəklənən motivasiyayönümlü görüşmə metodu ilə tanış etdi, bu metodun mərhələlərini konkret pasiyent nümunələri ilə aydınlaşdırdı. Sonda suallara cavab verən həkim azərbaycanlı tələbələrlə ünsiyyətdən çox razı qaldığını, növbəti mühazirədə də həvəslə iştirak edəcəyini bildirdi.