2020-ci il aprelin 21-də Xəzər Universitetinin tərəfdaşı olduğu Erasmus+ UNILAB (“21-ci əsrdə universitetdən əmək bazarına: işə qəbulolunmada bir addım irəli”, 610245-EPP-1-2019-1-BE-EPPKA2-CBHE-JP) layihəsinin onlayn monitorinq görüşü olmuşdur. Görüş Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov və Milli Erasmus+ Ofisinin Monitorinq və təşviqat üzrə əməkdaşı Zəfər Həsənovun rəhbərliyi ilə keçmişdir. Onlayn görüşdə İspaniyadan layihənin koordinatoru Carme Royo (EUCEN-Avropa Universitetlərinin Davamlı Təhsil Şəbəkəsi), Xəzər Universitetindən Ülkər Bayramova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Leyla Nağıyeva iştirak etmişlər.
Tərəflər Milli Erasmus+ Ofisinin rəhbərliyinin suallarını cavablandırmış və layihə başlayandan indiyə kimi görülmüş işlər barədə hesabat vermişlər. Həmçinin, bundan sonra layihə çərçivəsində nəzərdə tutulmuş işlər haqqında müzakirələr aparılmış və indiki şəraitdə layihənin işində hansı problemlərin yaranması məsələlərinə toxunulmuşdur.
Ümumilikdə, layihədə görülmüş işlər qənaətbəxş hesab olunaraq, onlayn görüşə yekun vurulmuşdur.