2020-ci il martın 6-da Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova Türkiyə Cümhuriyyəti Ege Universitesi Kadın Sorunları Araştırma ve Uygulama Merkezi (EKAM) tərəfindən keçirilən I. Uluslararası Kadın Sempozyumu “Sanat, Estetik ve Şiddet Üçgeninde Kadın” simpoziumunda “Repressiya olunmuş Azərbaycan qadınları” adlı məruzə ilə iştirak etdi.