2020-ci il martın 7-də Özəl Boylam Xəstəxanasının qurucusu psixiatr professor Ertuğrul Köroğlu Xəzər Universiteti Psixologiya departamentinin magistr tələbələrinə “Klinik psixologiyada müasir nəzəriyyələr” dərsinin növbəti mühazirəsini “JW Marriotte” otelində təşkil etdi. Tələbələr bu dərsdə A.Ellis modelinin əsas xüsusiyyətləri və fəlsəfəsi ilə tanış oldular. Mövzu ilə əlaqədar praktik bilik və bacarıqlar qazanılması ilə bağlı tapşırıqlar edildi. Professor Ertuğrul Köroğlunun pasiyentlərlə olan şəxsi praktiki videolarını paylaşmaları tələbələrdə böyük marağa səbəb oldu
O, mühazirəsinin sonunda öz təəssüratlarını bölüşdü, tələbələrin aktiv və həvəsli olmasından bir müəllim kimi qürurlandığını və Xəzər Universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirdi.