2020-ci il fevralın 26-da Xəzər Universitetində “Creative Spark” məlumatlandırıcı toplantısı təşkil edildi. Görüşdə Middlesex Universitetinin nümayəndəsi Dr. George Dafoulas, Qırğızıstan Milli Universitetinin dekanı Dr. Yzatbek Berenaliev və Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva layihələr, onun komponentləri və tərəfdaş universitetlərin tələbələri üçün yaratdığı imkanlar haqqında hərtərəfli məlumatları təqdim etdilər. “Creative Spark” –Ali Təhsil Müəssisəsi Proqramı “British Council” tərəfindən maliyyələşdirilir və təşkilati bacarıqlarını inkişaf etdirmək və yaradıcı sənayenin inkişafına töhfə vermək üçün yaradıcı, innovativ layihə ideyalarını dəstəkləyir.
Görüşdə Gürcüstan, Qırğızıstan, Tacikistan, Monqolustan və yerli universitetlərin nümayəndələri iştirak edirdilər. Tədbir “Creative Spark” layihəsinin daha çox universitetlərə çatdırılması məqsədi daşıyırdı.
Görüşdə Dr. Yzatbek Berenaliev layihə çərçivəsində həmin universitetin müəllim və tələbə heyəti tərəfindən hazırlanmış video ilə çıxış etdi. Tədbir təqdimatçılara ünvanlanan sual cavab sessiyası ilə başa çatdı.