2020-ci il yanvarın 27-dən 29-dək “Dayanıqlı inkişaf naminə təbii ehtiyatların idarə edilməsi” magistr proqramının hazırlıq mərhələsi çərçivəsində Avrasiya Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov və Xəzər Universitetinin professoru Fuat Rəsulov Ukraynanın paytaxtına səfər etdilər. Xəzər Universitetinin nümayəndələri Ukraynanın ən öndə gedən tədqiqat mərkəzlərindən biri olan Diksi Qrupun ofisini də ziyarət etdilər.
Onlar, həmçinin, Kiyev İqtisadiyyat Məktəbi, Taras Şevçenko adına Kiyev Dövlət Universiteti, Kyiv-Mohyla Akademiya Dövlət Universitetinin rəhbərləri ilə görüşdülər. Adı gedən universitetlərin hər biri Xəzər Universiteti ilə əməkdaşlıqda maraqlı və lazım olan addımları atmağa hazır olduqlarını bildirdilər.