2020-ci il yanvarın 21-də “Wiley” nəşriyyat evinin MDB ölkələri üzrə nümayəndəsi Serqey Paramonov Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində oldu. Qonaq “Wiley” Online Library haqqında geniş məlumat verdi və gələcəkdə əməkdaşlığın davam etməsini arzu etdi. Danışıqlar əsasında cari ilin fevralından Xəzər Universitetinin tələbə və akademik heyəti üçün “Wiley” Online Library resurslarından istifadəyə sınaq müddəti verilməsi qərara alındı.