Dekabr ayında planlaşdırılan turizm üzrə master klass dərsləri tədbirlər planına əsasən Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələr və həmin departamentin müəllimləri Kamran Behbudov və Qəhrəman Yusupov tərəfindən “Tour guiding & tour operating” fənləri üzrə “Tur zamanı xarici turistlərlə davranma qaydaları və xarakteristikaları” adlı master klass keçirildi.
2019-cu il dekabrın 5-də master klass çərçivəsində “Bakı turu” zamanı Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycanda qonaq olan turistlərlə tanışlıq oldu və onlar üçün Bakı üzrə tematik tur keçirildi. Tanışlığın davamı olaraq, ərəb turistlər Məhəmməd Əli, Əhəd Əli, İmran Əli və Aylin Əli qonaq qismində Xəzər Universitetində turizm üzrə keçirilən dərslərdə iştirak edərək, BƏƏ-nin və Hindistanın turizm potensialı haqqında hazırladıqları təqdimatlarla çıxış etdilər.
Görüş müzakirələrlə davam etdi və qonaqlar üçün İsmayıllı rayonunun Basqal kəndinə peşəkar tur təşkil edilməsinə qərar verildi.