2019-cu il noyabrın 22-də Xəzər Universiteti Beynəlxalq əlaqələr ofisi “Polşada Təhsil: Avropa Kolleci” adlı tədbir təşkil etdi. Avropa Kollecinin (Natolin Campus) nümayəndəsi Nərgiz Abdullayeva Xəzər Universitetinin tələbələrinə mövcud olan təhsil proqramları, tələbə həyatı, qeyd olunan universitetin təqaüd sxemi haqqında təqdimat verdi.
Təqdimat zamanı tələbələr CoE-yə qəbul proseduru, tələbə imkanları, kampus həyatı və mövcud imkanlarla tanış oldular.
Sonda Nərgiz Abdullayeva maraqlanan tələbələri CoE magistr proqramlarına müraciət etməyə dəvət etdi.