2019-cu il noyabrın 6-da Xəzər Universitetində Humanitar, təhsil və sosial elmlər fakültəsi tarix müəllimliyi ixtisasının I və II kurs tələbələrinin Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun elmi katibi Rəhman Abdullayev ilə görüşü keçirildi. Görüşdə Rəhman Abdullayev tələbələrə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun milli irsindən, Qobustanın öyrənilməsi, qorunması və qayaüstü incəsənəti haqqında geniş məlumat verdi. Qobustan Dövlət Tarixi Bədii Qoruğu ilə yanaşı görüş zamanı dünyanın qayaüstü incəsənəti haqqında da geniş söz açıldı.