2019-cu il oktyabrın 21-də Xəzər Universitetinin Tibb Mərkəzində Referans Tibbi Qrup və onun tərkibindəki Leyla Şıxlinskaya Hospitalı tərəfindən süd vəzisi xərçəngi ilə mübarizəyə həsr edilmiş “Qadın sağlamlığını qoruyaq” aksiyası keçirilmişdir.
Universitetə dəvət edilmiş məsləhətçi mammoloq, tibb elmləri üzrə fəlsəfə doktoru, həkim Şəhla İbrahimova tərəfindən universitetin qadın əməkdaşları müayinə edilmişdir.
Universitetin əməkdaşları adından həkim Şəhla İbrahimovaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıq bildirir və ümidvarıq ki, gələcəkdə də bu əməkdaşlıq davam edəcək.