2019-cu il oktyabrın 18-də Xəzər Universiteti İqtisadiyyat və menecment departamentinin turizm və otelçilik ixtisasının tələbələri departamentin müəllimi Dr. Kamran Behbudovun başçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyində oldular. Səfər 18 Oktyabr –Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr olunmuşdu. Əsas məqsəd tələbələri milli ordumuzun şanlı tarixi və unudulmaz qəhrəmanlarımızın şücaəti barədə məlumatlandırmaq, onlara milli-mənəvi dəyərləri əyani şəkildə aşılamaq idi. Tədbir zamanı muzey əməkdaşları tələbələrə Azərbaycan müasir hərb sənayesinin, elminin, tarixinin inkişafı, habelə, qanlı Qarabağ döyüşləri və muzeydə saxlanılan bir çox silah, ağır artilleriya qurğuları haqqında məlumat verdilər.
Tədbir diskussiya ilə başa çatdı.