2019-cu il oktyabrın 16-da Xəzər Universiteti ilə “PAŞA Bank” ASC arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı. Memorandumun imzalanmasında Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, “PAŞA Bank” ASC-nin İdarə heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Cəlal Orucov, İnsan resursları üzrə biznes tərəfdaşları Orxan Əliyev və Afət Bağırova iştirak etdilər.
Memorandumda nəzərdə tutulduğuna əsasən, universitet və bank arasında birgə əməkdaşlığın əsas məqsədi biznes proseslərində təhsil (elm) və informasiya texnologiyalarına innovasiya nailiyyətlərinin tətbiqi, təhsil və bank sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, təhsil və bank xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmə, təhsil və bank xidmətləri sahəsində birgə seminar, təlim, konfrans və digər təhsil tədbirlərinin təşkili və həyata keçirilməsi, bankda universitet tələbələri üçün staj keçirilməsi barədə tərəflər arasında sabit əlaqələrin qurulmasından və s. ibarətdir.