2019-cu il sentyabrın 27-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin “Qidalanma psixologiyası: Yemək vərdişləri və ruhun vəhdəti” adlı məqaləsi www.E-tibb.az saytında yayımlanmışdır.
Məqalədə insan psixologiyasının sağlam qidalanmadakı rolu, kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin yemə vərdişlərinə göstərdiyi təsirlər, qidalanmaya təsir edən sosial faktorlar, düzgün çəkinin əldə olunmasında və qorunub saxlanılmasında psixoloqların ən çox istifadə etdiyi terapiyalar haqqında məlumat verilmişdir. Sonda isə fərdlərin sağlam qidalanması üçün gündəlik istifadə edə biləcəkləri texnikalar qeyd olunmuşdur.
Məqaləni bu link vasitəsilə oxumaq olar:
https://e-tibb.az/xeber/qidalanma-psixologiyasi-yemek-verdisleri-ve-ruhun-vehdeti-1065