2019-cu il sentyabrın 20-də Xəzər Universitetinin Həyat elmləri departamentinin doktorantı Moozhan Serpoush “Yabanı və becərilən arpa nümunələrinin genetik quruluşunun molekulyar markerlər tərəfindən qiymətləndirilməsi” mövzusunda seminar keçirdi. Seminarda Xəzər Universitetin rektoru dosent İradə Xəlilova, Həyat elmləri departamentinin müdiri Dr. Asəf Ömərov, dosent Javid Ocaghi, doktorantlar və biologiya ixtisasının tələbəsi də iştirak edirdilər.
Moozhan Serpoush Cadiz Universitetində ERASMUS mübadilə proqramı çərçivəsində və Almaniyanın IPK İnstitutunda bir ay qaldığı müddətdə apardığı təcrübələrin nəticələri haqqında məlumat verdi.
Seminar sual-cavabla davam etdi.