Görkəmli arxeoloq alim, tarix elmləri doktoru, əməkdar müəllim, Xəzər Universitetinin nəşri olan “Azərbaycan arxeologiyası” jurnalının baş redaktoru professor Qüdrət İsmayılzadə haqqında “Biblioqrafik məlumat toplusu”nun təkmilləşdirilmiş üçüncü nəşri Ləman Nəşriyyat Poliqrafiya MMC-də çapdan çıxmışdır. Alimin Azərbaycan arxeologiyasında xidmətlərinin əsas hissəsinin əks olunduğu kitabın tərtibçisi və elmi redatoru filologiya üzrə fəlsəfə doktoru Nigar İsmayılzadədir.
Kitabda alimin həyat və fəaliyyətinə, dünyanın müxtəlif olkələrində beynəlxalq elmi tədbirlərdə iştirakına aid fotolar da verilmişdir.