Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev və departamentin müəllimi Zibər Hüseynovanın müəllifi olduğu “Avropa İttifaqının tələbələrə simulyasiya oyunları vasitəsilə öyrədilməsi” layihəsi Erasmus+ Jean Monnet Module üzrə qrant qazanmışdır (612090-EPP-1-2019-1-AZ-EPPJMO-MODULE).
Jean Monnet layihələri qrantı üçün bu il 1315 müraciətçi arasından 251 layihə qalib olmuşdur.
Jean Monnet Modulu ali təhsil müəssisələrində Avropa İttifaqı (Aİ) sahəsi üzrə fənlərin tədrisini nəzərdə tutur. Modulun əsas məqsədi gənc tədqiqatçılar və alimləri Aİ sahəsində tədris və tədqiqata təşviq etmək, Aİ ilə ixtisaslara maraq oyatmaq və məzunların peşəkar karyerasına fayda verə biləcək xüsusi tədris fənlərini yaratmaqdan ibarətdir.