2019-cu il mayın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində “Made in Azerbaijan 2019” biznes-ideya müsabiqəsinin final mərhələsi keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və Azərbaycan Dövlət İqtisad Universitetnin birgə təşkil etdiyi müsabiqənin məqsədi tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.
“Made in Azerbaijan 2019” biznes ideya müsabiqəsinə respublikanın müxtəlif universitetlərindən 40 layihə təqdim olunmuşdu. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanmışdı. Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin 3-cü kurs tələbəsi Aydın Səlimli (turizm və otelçilik ixtisası) və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin 3-cü kurs tələbəsi Cavidan Əlizadədən ibarət “One click-One hand” komandası da finala vəsiqə qazanmış 5 komandadan biri idi.
“One click-One hand” finalda mükafatçı yer tuta bilməsə də, finala çıxmaları tələbələrin uğurudur.
Qaliblərlə yanaşı finalçılara da müsabiqənin sponsoru “Kapital Bank” ASC-nin hədiyyələri təqdim olunub.
Fotoda soldan: Cavidan Əlizadə, “Kapital Bank” ASC-nin əməkdaşı Fərqanə Məmmədova, Aydın Səlimli.
Müsabiqənin final mərhələsi ölkə mediası tərəfindən işıqlandırılmışdır:
https://musavat.com/news/made-in-azerbaijan-2019-musabiqesinin-qalibleri-mueyyenlesdi_615116.html