2019-cu il mayın 4-dən 11-dək İvana Cavaxişvili Tbilisi Dövlət Universitetinin koordinotoru olduğu “Universitetdə miqrasiya təhsilinin təşviqi” Erasmus+ (PROMIG, 573554-EPP-1-2016-1-GE-EPPKA2-CBHE-JP) layihəsi çərçivəsində İspaniyanın Alikante Universitetində yaz məktəbi keçirildi. Yaz məktəbində Xəzər Universitetindən Təlim-tədris mərkəzinin direktoru Ülkər Bayramova, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev, həmçinin, universitetin bir qrup MBA tələbəsi iştirak edirdi. Tədbirdə Bakı Mühəndislik Universitetindən, Alikante Universiteti (İspaniya), Oldenburg Universiteti (Almaniya), WUS Austria (Avstriya) təşkilatı, Qraz Universiteti (Avstriya) və Gürcüstan universitetlərinin nümayəndələri də iştirak edirdilər. Bir həftə davam edən yaz məktəbində tyutorlar tələbələr üçün təlimlər keçdilər və təlimlərin son günü tələbələrin təqdimatları dinlənərək, onlara sertifikatlar təqdim olundu. Yaz məktəbi müddətində layihənin idarəetmə görüşü də keçirildi, layihənin növbəti görüşlərinin vaxtları, layihənin keyfiyyətli idarə olunması və layihə qarşısında duran məsələlər müzakirə olundu.