2019-cu il aprelin 5-dən 8-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi III MilliMUN-da Humanitar, təhsil və sosial elmlər fakültəsinin Siyasi elmlər və fəlsəfə departamentinin, beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə 2-ci il magistr tələbəsi İlkin Mamedov Almaniya Federativ Respublikasının nümayəndəsi olaraq Mərkəzi Afrika Respublikasındakı siyasi vəziyyəti BMT Təhlükəsizlik Şurasında müzakirə etmişdir. Konfransdan öncə vəziyyətlə bağlı araşdırma aparılaraq, İ.Mamedovun yazdığı mövqe yazısı (Position Paper) və konfrans müddətindəki aktiv iştirakı dəyərləndirilərək “Best Position Paper” nominasiyasına layiq görülmüşdür.
Qeyd edək ki, İ.Mamedov 2015-ci ildən başlayaraq, Azərbaycanda keçirilən müxtəlif beynəlxalq təşkilatların fəaliyyətini əks etdirən simulyasiyalarda iştirak edir.