2019-cu il aprelin 5-dən 8-dək III MilliMUN-BMT Modeli üzrə keçirilmiş və 250 nəfərin iştirak etdiyi Milli Konfransda Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin 3-cü il tələbəsi Amanullah Nazari ən yaxşı debatçı adına layiq görüldü. Qeyd edək ki, konfrans “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı layihəyə əsaslanırdı. Konfrans çərçivəsində BMT-nin 4 qurumunun –BMT Təhlükəsizlik Şurası, BMT Qadınlar təşkilatı, BMT Baş Assambleyası, BMT Ətraf Mühit Proqramının işi simulasiya olundu.