2019-cu il aprelin 25-də Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin təşkilatçılığı ilə geomorfologiya və kartoqrafiya fənnindən Mərkəzi Qobustan və Sahil zonasına ekskursiya təşkil olundu. Çöl tədqiqatı zamanı tələbələr əvvəlcə Yasamal dərəsi, Patamdart, Çobandağ, Güzdək yaylası, Bakı qulaqları, monoklinal Ceyrankeçməz sinklonoriumu, xırda oval antiklinallarının monoklinollarını, şahid dağları gördülər və bütün bunların yaranması, formalaşması haqqında məlumatlandırıldılar. Bundan sonra palçıq vulkanı Umbakı vulkanı və palçıq mənşəli vulkan gölü marşrutu ilə hərəkət etdilər. Ekskursiya zamanı Umbakı vulkanının kraterini görmək üçün tələbələr piyada 12 km yol qət etdilər. Bu, onlar üçün çox maraqlı bir təcrübə oldu. Burada da psevdovulkan proseslər, onların relyef formaları haqqında ərtaflı praktiki biliklər aldılar.