2019-cu il aprelin 1-dən 4-dək Xəzər Universitetinin əməkdaşları –İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Tatyana Zayseva, və Siyasi elm və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev Montpelier Universitetində baş tutan Erasmus+ NİZAMİ layihəsinin yekun iclasında iştirak etdilər. Layihənin görüşü tərəfdaş universitetlərin iş planlarına daxil olan tədbirlərin yekun hesabatı və 2019-cu il aprelin 12-də baş tutacaq layihənin genişlənməsinə dair tədbirin müzakirəsinə həsr edilmişdi.
NİZAMİ layihəsinin yekun görüşündə Azərbaycandan olan tərəfdaş qurumlar –Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Naxçıvan Universiteti və Avropa Birliyindən koordinator universitetlər –Montpelier Universiteti, Barselona Universiteti və Lund Universiteti iştirak edirdilər.
Görüşün üçüncü günündə Dr. Elmar Mustafayev NİZAMİ layihəsinin iş planında yer alan “Doktorluq təhsilinin strukturlaşdırılması”na dair təqdimatla çıxış etdi. Təqdimatda iştirakçılar Xəzər Universitetinin NİZAMİ layihəsi çərçivəsində yaradılan Doktorluq Məktəbi modeli haqqında məlumat verdi.