2019-cu il martın 15-də Xəzər Universitetində Erasmus+ PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində “eLearning və MOODLE” adlı seminar keçirildi. Seminar layihə çərçivəsində yaradılmış Elektron laboratoriyanın açılışı ilə başladı. Tədbirdə Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları tərəfindən elektron təhsil, MOODLE platforması, işləmə mexanizmi, istifadə qaydaları, DSpace və ondan istifadə qaydaları, həmçinin, DSpace platformasına materialların yüklənməsi haqqında geniş məlumat verildi və praktik olaraq iştirakçılara göstərildi. Seminarda Xəzər Universitetinin əməkdaşları ilə yanaşı, layihənin tərəfdaşları olan Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Universitetinin əməkdaşları da iştirak edirdilər.