2019-cu il martın 11-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Kayseri Universitetinin rektoru professor Kurtuluş Karamustafanı ziyarət etdi. K.Karamustafa Kayseri Universiteti haqqında geniş məlumat verdi və hədiyyəsini Hamlet İsaxanlıya təqdim etdi. H.İsaxanlı xoş və səmimi görüş üçün rektor Kurtuluş Karamustafaya təşəkkür etdi və onu Bakıya dəvət etdi. Görüşdə İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Erciyes Universitetinin professoru Sevinc Üçgül, türkiyəli yazar İmdat Avşar iştirak etdilər.