2017-ci ilin oktyabrın 27-də Xəzər Universitetinin layihə koordinatoru və Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru Rima Məmmədova Təhsil fakültəsinin tələbələri üçün məlumatlandırıcı seminar keçirdi. Seminar zamanı tələbələrə Xəzər Universitetinin tərəfdaş kimi iştirak etdiyi Erasmus+ “Advocacy Establishment for Students through Ombudsman Position” (AESOP) layihəsi, layihə çərçivəsində görülmüş və planlaşdırılmış fəaliyyətlər haqqında məlumat verildi.
Seminarda Xəzər Universitetində fəaliyyət göstərən Əlilliyi olan Tələbələr üçün Mərkəz haqqında təqdimat olundu və mərkəzin təklif etdiyi xidmətlər haqqında da tələbələrə məlumat verildi.