2017-ci il mayın 7-14-də Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamenti və Biologiya departamentinin 6 nəfərlik müəllim heyəti - Rövşən Abbasov, İradə Xəlilova, Fuad Cəfərli, Rövşən Kərimov, Ramil Sadıqov və Cavid Ocaği Erasmus+ proqramı çərçivəsində Türkiyənin Kastamonu Universitetində olmuşlar. Səfər günlərində onlar universitetin rektoru Prof. Dr Seyit Aydın, Erasmus koordinatoru Dos. Dr. Əhmət Sivacıoğlu, Meşəçilik Fakültəsinin Dekanı Prof. Dr Ömər Küçük və Təhsil fakültəsinin Dekanı Prof. Dr. İbrət Ünal ilə görüşmüşlər.
“Xəzər”in əməkdaşları, eyni zamanda, Kürə Dağları Milli Parkında, Meşəçilik idarəsində olmuş, yerli QHT nümayəndələri ilə görüşlər keçirmişlər.
Qeyd edək ki, Xəzər Universitetinin Kastamonu Universiteti ilə əlaqələri 2012-ci ildən başlamışdır. Hal-hazırda Kastamonu Universiteti meşəçilik üzrə Türkiyənin ən tanınmış universiteti hesab olunur.