2017-ci il aprelin 20-dən mayın 1-dək “Synergy Group” tərəfindən Vüqar Qasımovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirildi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı bağlanış günü yarışları canlı şəkildə izlədi, şahmatçılar, hakimlər, ictimaiyyət nümayəndələri və Şəmkir Rayon İcra Hakimiyyətinın başçısı ilə görüşdü.
Professor İsaxanlı turnirin təntənəli bağlnış banketində Azərbaycanda və dünyada şahmatın inkişafı, 4-cü Şəmkir superturniri, turnirin qalibi olan Şəhriyar Məmmədyarov və bir sıra digər məsələlər barəsində danışdı.