2017-ci il aprelin 4-dən 6-dək İstanbulda 20-ci Avrasiya İqtisadi Zirvəsi keçirildi. Zirvə toplantısında dünyanın 44 ölkəsindən altı yüz nəfərə yaxın nümayəndə iştirak edirdi. Zirvə toplantısının rəsmi açılışını Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin prezidenti Dr. Akkan Suver açdı. Qara dəniz İqtisadi əlaqələr Parlamentlərarası Assambleyanın (KEİPA) Baş katibi Asəf Hacıyev, İstanbul Ticarət Odası başqanı İbrahim Çağlar, İzmir Ticarət Odası başqanı Ekrem Demirtaş, İstanbul valisi Vasip Şahin açılış nitqləri ilə çıxış etdilər.
Zirvə toplantısının fəxri qonaqları – BMT-nin nümayəndəsi Nasir Abdulaziz Al-Nasser, Albaniya Prezidenti Bujar Nishani, Bosniya və Herseqovina Prezidenti Mladen İvaniç, ŞKTC-nin Prezidenti Mustafa Akıncı, Makedoniya Prezidenti Gjorge İvanov, Türkiyə Respublikası Baş nazirinin müavini Mehmet Şimşek toplantı iştirakçılarını salamladılar və 20-ci Avrasiya İqtisadi Zirvəsinin işinə uğurlar arzuladılar. Azərbaycan Prezidentinin təbrik məktubunu Diasporla İş üzrə Komitənin sədri Nazim İbrahimov oxudu.
Zirvə toplantısının rəsmi açılışından sonra dinləmələrə başlanıldı. Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli rəsmi katibliyə seçildi. Dinləmələrdə Azərbaycan Respublikası Energetika naziri Natiq Əliyev, Makedoniyanın Maliyyə naziri Kiril Minoski, Bangladeş Xarici İşlər Nazirliyinin Xarici əlaqələr idarəsinin rəisi Nahidə Sobhan, Makedoniya Ticarət Odası başqanı Danela Arsovskaya, Ruminiyanın sabiq Baş naziri Viktor Ponta (2012-2015), İsrail Kinesetinin keçmiş başqanı Dalia İtzik(2006-2009), Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov, Mərakeş Krallığından nazir Yousuf Amrani, Monteneqro Respublikasının Səhiyyə naziri Kenan Hrapoviç, Rumuniya Mədəniyyət naziri İonut Vulpeska, Kosova Respublikasının Dialoq naziri Edita Tahiri, Kosova Respublikasının Ekologiya naziri Mahir Yağcılar, Slovenyanın Baş naziri Alenka Bratusek (2013-2014), Vyana İqtisadi Forumunun prezidenti Erhard Busek, Polşa Baş nazirinin müavini Grzegorez Kolodko, Bolqarıstan Slavyan Cəmiyyətinin sədri Zahari Zahariyev, Vyana İqtisad Formunun başqanı Yelena Krotçeva, Rumuniya Xarici İşlər nazirinin müavini George Ciambo və digərləri çıxış etdilər.
Zirzə toplantısının 2-ci günü dini liderlər və siyasət adamlar – Türkiyənin sabiq Diyanət İşləri başqanı Ali Bardakoğlu (2003-2010), Türkiyə Xristianları Ekümenik Patriki Patrik Bartholemeos, İordaniyanın keçmiş Baş naziri Taher-Al-Masrel (1991-1991), Türkiyə Süryanilər Katolik Patriki Yusuf Sag, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkiyə Süryani Qədim Cəmiyyəti Ruhani İdarəsinin rəisi Yusif Çetin, Rusiya Federasiyası Baş nazirinin sabiq müavini Gennadi Burbulis, Türkiyə Hahambaşısı İsak Haleva, Beynəlxalq Qara dəniz Araşdırmaları Mərkəzinin başqanı İrina Vereshchcuk, Qafqaz Ruhani İdarəsinin rəis müavini Salman Nuriyev və digərləri çıxış etdilər.
Zirvə toplantısının əsas hissəsi orada qonaq kimi iştirak edən müxtəlif ölkələrin prezidentlərinin çıxışları oldu. “Bir yol ayrımında olan insanlıq” devizi ilə keçirilən toplantıda Albaniya Prezidenti Bujar Nishani, Bosniya və Herseqovina Prezidenti Mladen İvanik, ŞKTC-nin Prezidenti Mustafa Akıncı, Makedoniya Prezidenti Gjorge İvanov, Albaniyanın sabiq Prezidenti Bamir Topi (2007-2012), Avstriyanın sabiq Prezidenti Hein Fischer (2004-2016), Xorvatiyanın sabiq Prezidenti İvo Josipoviç (2010-2015), Xorvatiyanın sabiq Prezidenti Stjepan Mesic (2001-2010), Litvanın sabiq Prezidenti Valdes Zaltres (2007-2011), Moldovanın sabiq Prezidenti Petru Luçinski (1997-2001), Qagauz Avtonom Respublikasının (Moldova) başqanı İrina Vlan, Rumuniyanın sabiq Prezidenti Emil Konstantineski (1996-2000), Serbiyanın sabiq Prezidenti Boris Tadıç (2004-2014), Türkiyənin sabiq Prezidenti Abdullah Gül (2007-2014) çıxış etdilər. Prezidentlər dünyada yaranmış iqtisadi problemlər, müharibələr və qaçqınlarla bağlı dərin narahatlıqlarını bildirdilər. Sonda Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq qurumlara müraciətlər qəbul edildi.
Zirvə toplantısının Qala yeməyində Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov çıxış etdi.