2017-ci il martın 29-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzinin bir qrup nümayəndəsi Xəzər Universitetinin qonağı oldular. Mərkəzin rəhbəri Rauf Cabbarov Mühəndislik və tətbiqi elmlər fakültəsinin bir qrup tələbəsinin iştirakı ilə keçilən seminarda “İT karyeranın inkişafı” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə mərkəzin fəaliyyət istiqamətləri, gələcək perspektivlər və tələbələrin təhsildən sonrakı iş imkanları haqqında danışılmıılırdı.
Görüşdə gələcək əməkdaşlıq üzrə söhbət aparıldı.