2017-ci il martın 9-da Xəzər Universiteti Tələbə Məclisinin prezidenti Qurban Əsgərovun hesabat konfransı keçirildi. Tədbirdə 1 il ərzində görülən işlər barəsində prezident Qurban Əsgərov və vitse-prezident Özal Süleymanov ətraflı şəkildə akademik heyətə və aktiv üzvlərə məlumat verdilər. Qeyd olundu ki, ümumilikdə, 55-ə yaxın tədbir təşkilb olunmuşdur. Bunlardan 35-i seminar, 15-i təlim, 2-si əyləncə fəaliyyəti, 2-si fləşmob, 1-i beynəlxalq tədbirdə iştirak olmuşdur. Tədbirdə İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı və fakültə dekanları da çıxış edərək, 1 il ərzində görülən işləri qiymətləndirdilər.
Sonda aktiv üzvlər və Tələbə Məclisinin təşkil etdiyi futbol çempionatının qalibləri diplom, sertifikat və pul mükafatı ilə təltif olundular.