Martın 1-də Xəzər Universitetinin Mədəniyyət mərkəzində Musiqi və incəsənət departamentinin müdiri pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin Kamera orkestrinin konserti oldu. Universitet rəhbərliyinin və əməkdaşlarının iştirak etdikləri konsertdə Azərbaycan bəstəkarlarının instrumental əsərləri və mahnıları səsləndirildi. Mahnıları Xəzər Universitetinin müəllimi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti Məhsəti Cabbarova və M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti İlham Nəzərov ifa etdilər.
Konsertdə, həmçinin, “Dünya” məktəbinin müəllimi, bəstəkar Sevda Rəhimovanın şair Hamlet İsaxanlının “İkimizdən birimiz” adlı şeirinə bəstələdiyi mahnı İlham Nəzərov və Gülşən İbadova dueti tərəfindən ilk dəfə ifa olundu.
Həmin gün Hamlet İsaxanlının ad günü olduğundan iştirakçılar onu təbrik etdilər.