2017-ci il fevralın 17-si və 18-də Xəzər Universiteti İnkişaf Mərkəzinin layihə meneceri Ülkər Bayramova İvane Javaxişvili adına Tbilisi Dövlət Universitetində təşkil olunmuş “Ali təhsil müəssisələrində miqrasiya təhsilinin təşviqi” adlı Erasmus+ layihəsinin ilk idarəetmə görüşündə iştirak etmişdir. Görüşə Alikante Universiteti (İspaniya), Oldenburq Universiteti (Almaniya), Qraz Universiteti (Avstriya), Gürcüstanın müxtəlif universitetlərinin nümayəndələri və digrə iştirakşılar qatılmışdılar. Ülkər Bayramova Xəzər Universitetində yaradılmış “Dünya iqtisadiyyatı və miqrasiya prosesləri” magistr ixtisası və Miqrasiya Mərkəzi haqqında geniş təqdimatla çıxış etmiş və təqdimat çox böyük maraqla qarşılanmışdır.