2016-cı ilin noyabr-dekabr aylarında Avstraliyanın Pers şəhərində Eduniversal World Convention-un doqquzuncu toplantısı keçirilmişdir. Toplantıda 50 müxtəlif ölkədən 120 biznes fakültəsi iştirak edirdi. Onların arasında Harvard Biznes Fakültəsi, London Biznes Fakültəsi, Melburn Biznes Fakültəsi, Fudan Biznes Fakültəsi və digərləri təmsil olunurdu.
Toplantıda dünyanın 154 ölkəsində ən yaxşı 1000 biznes fakültəsi müəyyənləşdirilmişdir. Onların arasında Azərbaycandan iki ali məktəbin müvafiq qurumları yer almışdır. Azərbaycan üzrə birinci yeri Xəzər Universitetinin İqtasidayyat və Menecment fakültəsi, ikinci yeri Qafqaz Universitetinin Biznes Administrasiyası tutmuşdur.