Xəzər Universitetinin Kimya mühəndisliyi departamentinin koordinatoru Dr. Rasoul Moradinin məqaləsi “İkinci Beynəlxalq Elmi Simpozumun materialları” toplusunda ( http://www.issnwsa.com/accepted-papers/) və “Mühəndislik Elmləri Beynəlxalq Jurnalı”nda çap olunacaq. Qeyd edək ki, “Nanotexnologiyadan istifadə etməklə duzlardan təmizləmə üçün səth mühəndisliyi” adlı simpozium 2017-ci ilin sentyabrında Gürcüstanın Tbilisi şəhərində keçiriləcək.
Dr. Moradi Xəzər Universitetinə 2016-cı ilin sentyabrında Tehran Universitetindən qonaq tədqiqatçı kimi qoşulmuşdur. O Tehran Universitetində nanotexnologiya sahəsində tədqiqat aparmışdır. O, Xəzər Universitetinin Kimya departamentində yaradılan nanotexnologiya üzrə tədqiqat qrupuna rəhbərlik edir. Yaxın gələcəkdə onun tədqiqatı kimya, mexanika mühəndisliyi və biotexnologiya sahələrinə qədər genişləndiriləcək.