2017-ci il fevralın 5-də İctimai TV-nın “Elm üçbucağı” proqramının növbəti verilişi efirə getdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Elmin mahiyyəti” mövzusunda mühazirə oxudu. O, bilik və elm, obyektiv gerçəkliyin dərki problemi, biliklərin haradan əldə edilməsi, nəzəri və təcrübi elmlər, təbiət elmləri, humanitar və sosial elmlər kimi məsələlərə toxundu, elm tarixindən misallar gətirdi.
Sonda H.İsaxanlı iştirak edən elm adamlarının və tələbələrin suallarına cavab verdi.