2017-ci il yanvarın 31-də Xəzər Universitetinin “Mərmər” zalında Bakı şəhəri üzrə məktəb direktorları ilə görüş-seminar keçirildi. Görüş Xəzər Universitetinin "Potensial Məktəb Direktorları" layihəsində məzun olmuş məktəb direktorları üçün nəzərdə tutulmuşdu.Tədbirin aparıcısı universitetin Təhsil fakültəsinin dekanı Elza Səmədova qonaqları salamladıqdan sonra “Uğur yolum” adlı video çarx nümayiş olundu.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, məktəb-universitet əməkdaşlığından danışdı və öz təcrübələrini, xatirələrini bölüşdü. Sonra söz Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya verildi. Daha sonra E.Səmədova Xəzər Universiteti haqqında ətraflı təqdimatla çıxış etdi.
Xəzər Universiteti kamera orkestrinin çıxışından sonra tədbir maraqlı müzakirələrlə davam etdi.