2017-ci il yanvarın 23-də Xəzər Universitetinin həyata keçirdiyi “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu” layihəsinin VI qəbuluna müraciət edənlər üçün diaqnostik imtahan keçirildi. İmtahandan öncə gələcək müdavimlərə kurs haqqında qısa məlumat verildi və onların sualları cavablamdırıldı.
Diaqnostik imtahanın nəticələri yanvarın sonunadək iştrakçılara açıqlanacaq. Növbəti 3 aylıq təlimin fevralın ilk həftəsindən etibarən başlanılması planlaşdırılır.
Xatırladaq ki, təlimin əsas məqsədi ölkədəki yeni təhsil strategiyasına və təhsil islahatına uyğun olaraq, məktəb direktorlarının və gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəyən təhsil işçilərinin bilik və bacarıqlarını artırmaq, onları dünyadakı səmərəli idarəetmə təcrübəsi ilə tanış etməkdir. Bu məqsədlə 7 fənn (Kurikulumun tətbiqi və idarəedilməsi; Təhsilin idarəolunması; Statistika və məlumatların təhlili; Maliyyə və mühasibat uçotu; Qanunvericilik və təhsil hüququ; Təhsil psixologiyası və İKT) üzrə həftədə 3 gün 12 saat olmaqla, 12 həftə dərslər tədris olunur.