Humanitar və sosial elmlər fakültəsinin dördüncü kurs tələbəsi, universitetin Multimedia mərkəzinin əməkdaşı Fərid Ağalarov Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin poster və foto üzrə keçirdiyi “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və qlobal perspektivlər” adlı müsabiqədə “Azərbaycan multikulturalizminə açılan qapı” adlı fotosu ilə qalib gəldiyinə görə Fəxri Diplomla təltif edilmişdir.
Tələbəmizi bu münasibətlə təbrik edir, ona yeni uğurlar arzulayırıq.