2016-cı il dekabrın 24-dən 26-dək Türkiyədə İstanbul Universitetində Beynəlxalq Tələbə Simpoziumu keçirildi. Tədbirdə Xəzər Universitetini İngilis dili və ədəbiyyatı kafedrasının sədr müavini Eynur Mehdiyev təmsil edirdi. Simpoziumun digər iştirakçıları arasında Türkiyənin millət vəkilləri, İstanbul Universitetinin rektoru, Beynəlxalq Tələbə Assosiasiya Federasiyanın direktoru, müxtəlif ölkələrdən tədqiqatçılar, universitet mühazirəçiləri və Türkiyədə oxuyan beynəlxalq tələbələr var idi.
E.Mehdiyev simpoziumda “Azərbaycan Respublikasından olan beynəlxalq tələbələrin ingilis dili fəaliyyətlərində üzləşdikləri çətinliklər” mövzusunda təqdimat keçirdi.