2016-cı il dekabrın 23-də “Enkotek” (Encotec) şirkətinin direktoru Faiq Rzayev Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin tələbələri üçün texniki təqdimat keçirdi.
O, tələbələrə şirkətin Azərbaycandakı fəaliyyəti, proyektləri, təcrübə proqramı və iş imkanları haqqında geniş məlumat verdi. “Enkotek” beynəlxalq intizam, dizayn mühəndisliyi və məsləhət xidməti ilə təmin edən mühəndislik şirkətidir.
Fakültənin dekan əvəzi Hassan Niknafs və dekan müavini Vəfa Aslanova da konfransda iştirak edirdilər.
Tədbirin sonunda sual-cavab sessiyası keçirildi.