Xəzər Universiteti Təhsil fakültəsinin Bioloji elmlər departamentinin müdiri və Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru Dr. İradə Xəlilova noyabrın 21-dən 30-na qədər Erasmus+ mobillik qrantı üzrə Fransanın Montpellier Universitetində Odontolgiya fakültəsinin Biologiya, Səhiyyə və Nanotexnologiya tədqiqat laboratoriyasında (Faculty of Odontology, Research Laboratory of Biology, Health and Nanoscience) mezenxim kök hüceyrələrinin osteoblastlara çevrilməsi və diş toxumasının regenerasiyasında biomaterial ilə birgə istifadə edilməsi haqda tədqiqat işi aparmışdır.
Noyabrın 29-da İ. Xəlilova laboratoriyanın əməkdaşları və tədqiqatçılar üçün “Xəstəliyin erkən diaqnostikası üçün oksidativ stress biomarker tədqiqatı” (“Oxidative stress biomarker research for early disease diagnostics”) mövzusunda seminar keçirmişdir. Seminarda Dr. Veronique Véronique Barragan-Montero, Dr. Pierre-Yves Collart-Dutilleul, Dr. Hamideh Salehi və digər tədqiqatçı və Ph.D. tələbələr iştirak etmişlər. Seminar maraqlı müzakirələrlə nəticələnmişdir. Sonda, Odontologiya fakültəsinin laboratoriyasında tədqiq edilən bəzi nümunələrin iltihab əleyhinə olan aktiv komponentləri Xəzər Universitetinin Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin laboratoriyasında “in vitro” testlər qoyulması üçün verilmiş və bu işdə geniş əməkdaşlıq müzakirə olunmuşdur. Dr. Xəlilova həmçinin, həmin fakültənin tələbələri ilə təcrübə dərslərində iştirak etmişdir.