2016-cı il noyabrın 26-da AEGEE-Bakı (Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi) Dillər işçi qrupu tərəfindən təşkil olunan “Spelling Bee” layihəsi “Headway Language & Development”-in əməkdaşlığı ilə birlikdə Xəzər Universitetində son mərhələsini keçirdi.
Noyabrın 19-da treyninq zamanı layihə barədə iştirakçılara məlumat verilmişdi. Noyabrın 26-da isə seçilmiş iştirakçılar fərdi şəkildə yarışaraq 1-ci yer uğrunda mübarizə apardılar. Günün sonunda ilk 3 yerin qalibi “Headway Language & Development” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırıldı. 1-ci yerin qalibi isə əlavə olaraq “Headway Language & Development”-dən 100 manatlıq təhsil kuponu əldə etdi.