2016-cı il sentyabrın 29-da “Jurnalistlər Ekstremal Şəraitdə“ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkomaniyanın insanlığa vurduğu bəlalardan xilas olma yollarının axtarılması ilə bağlı tədbirlərin təşkili və video çarxların hazırlanması” adlı layihəsini Xəzər Universitetində həyata keçirdi.
Layihənin məqsədi qlobal problemlərdən biri olan narkomaniya ilə mübarizədə ictimai fəallığı artırmaq üçün cəmiyyəti maarifləndirmək idi.
Layihənin müzakirəsində universitetin Humanitar və sosial elmlər fakültəsinin və Mühəndislik və tətbiqi elmlər fakültəsinin tələbələri fəal iştirak etdilər.