2016-ci il aprelin 30-da Humanitar və sosial elmlər fakültəsinin baş laborantı Validə Kərimova (Dilşünaslıq ixtisası üzrə doktorant) və Lamiyə Hacılı, Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr olunmuş “Filologiya elminin aktual problemləri” elmi konfransında, Validə Kərimova “Qlobal körpüləşmə: mən sizin dilinizi danışıram” (ingiliscə), Lamiyə Hacılı isə “Tarixə nəzərən təhsilin anlamı” tezisləri ilə çıxış etdilər.
Konfransın sonunda elmi tədqiqatçılara elmi məqalələrin dərc olunduğu kitab və sertifikat təqdim edildi.