PLATFORM layihəsi (İsveç İnstitutu) çərçivəsində İsveçin Gothenburg Universiteti və tərəfdaş institutlar (Xəzər Universiteti daxil olmaqla) 3-19 May 2021-ci il tarixlərində “Conceptual Case-Study Modeling for Project Collaboration” adlı onlayn kurs təşkil edəcəklər.
Bu onlayn kurs bir çox elm sahələri, maraqlı tərəflər və prosesləri özündə ehtiva edən ictimai resursların idarə olunması kimi kompleks məsələlərlə məşğul olunduğu zaman sistemin anlaşılmasını təşviq etmək üçün konseptual modelləşdirmə vasitələrini təqdim edir. Bu kursun və bu “sistem perspektivinin” ümumi məqsədi layihələrin başlanmasına kömək etmək və problemin müəyyənləşdirilməsi strategiyasını, uyğun metodologiyanı və layihə imkanlarını birlikdə inkişaf etdirə biləcək tərəfləri bir araya gətirməkdir. İnkişaf üçün PLATFORM şəbəkəsi tərəfindən bir neçə nümunə keys metodları təklif ediləcək. Bu "praktik" kursdur və iştirakçıların təklif olunan keys metodlarından birinin inkişafında fəal iştirak etmələri gözlənilir. Bütün kurs iştirakçıları iştirak etdikləri və kursu başa vurmaları üzrə sertifikatlandırılacaqlar! PLATFORM saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz.
Layihənin rəsmi səhifəsi: https://kermitcooperation.wixsite.com/platform/methods-course
Əlaqə: Prof. Rodney Stevens, Götenburq Universiteti, stevens@gvc.gu.se
İştirak etmək istəyirsinizsə və ya bu tədbirlə bağlı hər hansı bir sualınız varsa, Xəzər Universitetinin Beynəlxalq Əlaqələr Ofisi ilə əlaqə saxlayın: international@khazar.org