2020-ci il fevral 25-i saat 14:30-da Xəzər Universitetinin Həyat elmləri departamentinin təşkilatçılığı ilə Almaniyanın Heinrich-Heine Düsseldorf Universitetinin alimi Ülvi Əhmədov “Uzun kodlamayan HOTAIRM1 RNT-si glioblastomada şişlərin aqressivliyini və radioterapiya müqavimətini artırır (The long non-coding RNA HOTAIRM1 promotes tumor aggressiveness and radiotherapy resistance in glioblastoma)” adlı seminar keçirəcək.
Tədbir universitetin “Neftçilər” kampusundakı (Məhsəti küç., 41) konfrans zalında (otaq 102N) baş tutacaq.
Bütün PhD, magistr və bakalavr tələbələr, həmçinin, mövzu ilə maraqlanan hər kəs tədbirə dəvət olunurlar.