2020-ci il martın 10-dan 12-dək Xəzər Universitetinin Həyat elmləri departamentinin və Magistratura, doktorantura və elmi işlər bölməsinin təşkilatçılığı ilə İranın Təbriz Universitetinin Aqrar fakültəsinin Genetika və genomika departamentinin professoru, eyni zamanda, Xəzər Universitetinin Həyat elmləri departamentinin köməkçi professoru Seyyed Əbülqasım Məhəmmədi “Statistika və məlumatların analizi (Statistics and Data Analysis)” adlı təlimi keçirəcək.
Tədbir universitetin “Neftçilər” kampusunda (Məhsəti küç., 41) “Mərmər” zalda baş tutacaq.
Bütün PhD və magistr tələbələr, həmçinin, mövzu ilə maraqlanan hər kəs tədbirə dəvət olunur.
Əlavə məlumat və qeydiyyat üçün javid.ojaghi@khazar.org e-maili vasitəsilə əlaqə saxlamaq olar.