2019-cu il aprelin 16-sı saat 16:00-da Moodle – https://elearning.khazar.org/ əsasında hazırlanmış eLearning platformasında dərslərini idarə etmək istəyən akademik heyət üçün Xəzər Universitetində növbəti təlim keçiriləcək.
Təlimi Kitabxana-İnformasiya Mərkəzinin İT administratoru Şərif Xurşudov yeni yaradılmış eLearning Laboratoriyasında (408N) həyata keçirəcək. Bu təlim PETRA ERASMUS+ layihəsi çərçivəsində yerinə yetirilir və universitet təhsilində əsas məqsəd olan tələbənin öyrənməsi üçün eLearning platformasının faydalarını təbliğ etməyi nəzərdə tutur. Qeydiyyatdan keçmək üçün bu ünvanına müraciət etmək lazımdır: tlc@khazar.org.